"AFB Bank" rəhbərliyində dəyişiklik olub

"AFB Bank" rəhbərliyində dəyişiklik olub Bankın İdarə Heyətinin də tərkibi genişlənib
Maliyyə
10 Dekabr , 2015 18:12
AFB Bank rəhbərliyində dəyişiklik olub

Bakı. 10 dekabr. REPORT.AZ/ "AFB Bank" ASC-nin Müşahidə Şurasının tərkibi dəyişib, üzvlərin sayı artırılıb. "Report"un bankın saytına istinadən verdiyi xəbərə görə, Şahin Nağıyev Bankın Müşahidə Şurasına üzvlükdən çıxarılıb, Fərid Əlizadə və İntiqam Səfərəliyev isə Müşahidə Şurasına üzv qəbul olunublar.

Qeyd edək ki, hazırda bankın Müşahidə Şurasının tərkibi bir sədr və iki üzvdən ibarətdir. Şuranın sədri isə Elxan Həşimovu əvəzləyən Məmməd Cahangirovdur.

Bundan başqa, Bankın İdarə Heyətinin də tərkibi genişlənib. Belə ki, daha bir sədr müavini Natiq Namazov İdarə Heyətinə daxil edilib. Bildirək ki, İdarə Heyətinin sədri vəzifəsinə hələ heç kim təyin olunmayıb. Sədrin digər müavini isə Aynur Şirinovadır.

Son xəbərlər

Orphus sistemi