"AFB Bank" ötən ili mənfəətlə başa vurub

"AFB Bank" ötən ili mənfəətlə başa vurub Bakı. 24 yanvar. REPORT.AZ/ “AFB Bank” ASC-nin aktivləri illik müqayisədə 15,6% azalaraq 2019-ci il yanvarın 1-nə 417 530 min manata çatıb.
Maliyyə
24 Yanvar , 2019 10:12
AFB Bank ötən ili mənfəətlə başa vurub

Bakı. 24 yanvar. REPORT.AZ/ “AFB Bank” ASC-nin aktivləri illik müqayisədə 15,6% azalaraq 2019-ci il yanvarın 1-nə 417 530 min manata çatıb.

“Report” bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

Hesabat ilində müştərilərə verilən kreditlərin həcmi (kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyat çıxılmaqla) illik 6,9% azalaraq bu il yanvarın 1-nə 151 913 min manat olub. Cəmi öhdəliklər illik 22,9% azalaraq 329 942 min manat, o cümlədən depozit portfeli (banklar və digər maliyyə institutları istisna olmaqla) 30% azalaraq 201 911 min manat təşkil edib. 2019-ci il yanvarın sonuna bankın nizamnamə kapitalı 70 394 min manat, cəmi kapitalı 87 588 min manat təşkil edib.

Bank 2018-ci ildə 21 654 min manat xalis mənfəət əldə edib. Bu müddətdə bankın faiz gəlirləri 33 939 min manat, qeyri-faiz gəlirləri 11 323 min manat, faiz xərcləri 2 758 min manat, qeyri-faiz xərcləri 23 145 min manat təşkil edib.

Qeyd edək ki, 2017-ci ildə bank 12 186 min manat zərər edib. 

Son xəbərlər

Orphus sistemi