“AFB Bank” kreditləşməni dayandırıb

“AFB Bank” kreditləşməni dayandırıb Buna səbəb kredit verilməsi şərtlərinə yenidən baxılmasıdır
Maliyyə
6 Yanvar , 2017 12:24
“AFB Bank” kreditləşməni dayandırıb

Bakı. 6 yanvar. REPORT.AZ/ “AFB Bank” ASC müvəqqəti olaraq müştərilərə kredit verilməsini dayandırıb. Bu barədə “Report”a Bankdan bildirilib.

Məlumata görə, kreditləşmənin dayandırılması şərtlərə, əsasən də illik faiz dərəcələrinə yenidən baxılması ilə bağlıdır.

Xatırladaq ki, "AFB Bank" 2008-ci ildə "Azfinansbank" adı ilə fəaliyyətə başlayıb, 2009-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 70,4 mln. manatdır. Səhmlərin 99,64%-i "Gilan" MMC-yə, 0,18%-i Tahir Cəmil oğlu Muradova (Bankın daxil olduğu "Gilan Holding" MMC-nin İdarə Heyətinin sədri), 0,18%-i isə Həsən Əkbər oğlu Abdullayevə məxsusdur.

Son xəbərlər

Orphus sistemi