Yuxarı

"AFB Bank"ın yeni səhmdarının adı açıqlanıb

Bakı. 19 fevral. REPORT.AZ/ Yaxın vaxtlara qədər "AFB Bank" ASC-nin səhmlərinin 99,64%-nə nəzarət edən "Gilan" MMC payını Hikmət Abuzər oğlu İsmayılova satıb.

Bu barədə "Report" maliyyə bazarındakı mənbəyə istinadən xəbər verir.

Məlumata görə, alqı-satqı bu il fevralın 7-də baş tutub.

Xatırladaq ki, H.İsmayılov həm də "AFB Bank"la birlikdə "Gilan Holdinq" MMC-yə daxil olan "Azsığorta" ASC-nin 100%-lik səhmdarı, eləcə də "Bank of Baku" ASC-nin 31,1%-lik səhmdarıdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi