“AFB Bank”ın sədr müavini ABA-da ekspert qrupuna sədr təyin edilib

“AFB Bank”ın sədr müavini ABA-da ekspert qrupuna sədr təyin edilib Bakı. 13 fevral. REPORT.AZ/ Azərbaycan Banklar Assosiasiyasının (ABA) ümumi yığıncağında Xəzinədarlıq və fondların idarə olunması üzrə Ekspert Qrupunun yaradılması məsələsi təsdiq edilib.
Maliyyə
13 Fevral , 2018 10:50
“AFB Bank”ın sədr müavini ABA-da ekspert qrupuna sədr təyin edilib

Bakı. 13 fevral. REPORT.AZ/ Azərbaycan Banklar Assosiasiyasının (ABA) ümumi yığıncağında Xəzinədarlıq və fondların idarə olunması üzrə Ekspert Qrupunun yaradılması məsələsi təsdiq edilib.

“Report” ABA-ya istinadən xəbər verir ki, yeni yaradılmış ekspert qrupunda aktiv və passivlərin idarə olunması, valyuta əməliyyatları, qiymətli kağızlar, kapital və pul bazarları, törəmə əməliyyatlar, fondların idarə olunması, likvidliyin idarə olunması, valyuta mövqeyinin idarə olunması, valyuta, faiz və likvidlik risklərinin idarə olunması, aktivlərin transfer qiymətləndirilməsi və digər istiqamətlərdə məsələlər müzakirə olunacaq.

Yığıncaqda ekspert qrupuna sədr kimi “AFB Bank” ASC-nin İdarə Heyəti sədrinin müavini Aydın Hüseynov təyin edilib.

Son xəbərlər

Orphus sistemi