“AFB Bank”ın öhdəlikləri 68% artıb

“AFB Bank”ın öhdəlikləri 68% artıb Bakı. 24 aprel. REPORT.AZ/ “AFB Bank” ASC-nin aktivləri illik müqayisədə 47% artaraq 2018-ci il aprelin 1-nə 466 208 min manata çatıb.
Maliyyə
24 Aprel , 2018 12:45
“AFB Bank”ın öhdəlikləri 68% artıb

Bakı. 24 aprel. REPORT.AZ/ “AFB Bank” ASC-nin aktivləri illik müqayisədə 47% artaraq 2018-ci il aprelin 1-nə 466 208 min manata çatıb.

“Report” bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

Hesabat ilində müştərilərə verilən kreditlərin həcmi ( kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyat çıxılmaqla) illik 6% azalaraq bu il aprelin 1-nə 171 219 min manat olub.

Cəmi öhdəliklər illik 68% artaraq 394 275 min manat, o cümlədən depozit portfeli (banklar və digər maliyyə institutları istisna olmaqla) 2 dəfədən çox artaraq 249 467 min manat təşkil edib. Bildirək ki, 2018-ci il aprelin 1-nə əsasən Azərbaycan Mərkəzi Bankının (AMB) banka qarşı tələbi yoxdur.

2018-ci il aprelin 1-nə bankın nizamnamə kapitalı 70 394 min manat, cəmi kapitalı 71 933 min manat təşkil edib.

Bank 2018-ci ilin birinci rübü ərzində 5 191 min manat xalis mənfəət əldə edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6 dəfəyədək artım deməkdir. 2018-ci ilin yanvar-mart aylarında bankın faiz gəlirləri 10 385 min manat, qeyri-faiz gəlirləri 2 214 min manat, faiz xərcləri 848 min manat, qeyri-faiz xərcləri 4 050 min manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi