Yuxarı
    Bağlamaq

    “AFB Bank”ın rəhbərliyi yenidən formalaşdırılıb

    Elnur Qurbanov Bankın Müşahidə Şurasının, Zaur Qaraisayev isə İdarə Heyətinin sədri təyin edilib

    Bakı. 2 avqust. REPORT.AZ/ “AFB Bank” ASC-nin rəhbərliyində dəyişikliklər baş verib. 

    Bu barədə "Report"a Bankdan bildirilib. 

    Məlumata görə, Elnur Qurbanov “AFB Bank”ın Müşahidə Şurasının (MŞ), Zaur Qaraisayev isə İdarə Heyətinin (İH) sədri vəzifəsinə təyin edilib. 

    E.Qurbanov 1998-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin "Maliyyə və kredit" fakültəsini bitirib. O, 1999–2002-cı illərdə “KPMG Azerbaijan” audit şirkətində, 2002–2017-ci illərdə isə "Deloitte" audit şirkətinin Bakı, Moskva və Minsk ofislərində müxtəlif vəzifələrdə çalışıb, o cümlədən 2008-2017-ci illərdə "Deloitte"ın MDB üzrə partnyoru olub. Elnur Qurbanov 2003-cü ildən Londonda (BöYük Britaniya) yerləşən Beynəlxalq Mühasiblər Assosiasiyasının fəxri üzvüdür. O, MŞ-nın sədri vəzifəsində Vüsal Eynullayevi əvəz edib. V.Eynullayev isə “Gilan Holdinq” MMC-də maliyyə məsələləri üzrə məsul şəxs təyin olunması ilə əlaqədar MŞ-nın üzvü kimi fəaliyyətini davam etdirəcək.

    1999-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin "Mühasibat uçotu və audit" fakültəsini bitirmiş Z.Qaraisayev isə bank sektorunda 1998-ci ildən fəaliyyət göstərir. O, 2002-2017-ci illərdə “Bank of Baku” ASC-də müxtəlif rəhbər vəzifələrdə, o cümlədən 2010-cü ildən İHi sədrinin müavini vəzifəsində çalışıb, 2017-ci ilin yanvar ayından isə "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İH sədrinin müşaviri olub. O, İH-nin sədri vəzifəsində indiyə qədər bu vəzifəni müvəqqəti icra edən Aydın Hüseynovu əvəz edib. 

    Xatırladaq ki, "AFB Bank" 2008-ci ildə "Azfinansbank" adı ilə fəaliyyətə başlayıb, 2009-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 70,394 mln. manatdır. Bankın səhmlərinin 99,64%-i "Gilan" MMC-yə, 0,18%-i Tahir Cəmil oğlu Muradova (Bankın daxil olduğu "Gilan Holdinq" MMC-nin İH-nin sədri), 0,18%-i isə Əkbər Həsən oğlu Abdullayevə məxsusdur. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi