Yuxarı

“AFB Bank”ın mənfəəti 47 dəfə azalıb

​“AFB Bank”ın mənfəəti 47 dəfə azalıb

“AFB Bank” ASC-nin cəmi aktivləri bu il aprelin 1-nə 373,531 milyon manat təşkil edib.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il aprelin 1-i ilə müqayisədə 19,9% azdır.

“AFB Bank”ın aktivlərinin 162,82 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə Bankın kredit portfeli 4,9% kiçilib.

Hesabat dövründə “AFB Bank”ın cəmi öhdəlikləri 27,6% azalaraq 285,48 milyon manata, o cümlədən depozit portfeli 35,4% azalaraq 161,069 milyon manata düşüb, Bankın cəmi kapitalı isə 22,4% artaraq 88,05 milyon manata çatıb.

Bu ilin I rübündə “AFB Bank”ın faiz gəlirləri 7,357 milyon manat (ötən ilin eyni dövrünə nisbətən 29,2% az), faiz xərcləri 561 min manat (33,85% az), qeyri-faiz gəlirləri 2,33 milyon manat (5,2% çox), qeyri-faiz xərcləri 4,882 milyon manat (20,5% çox), aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına ayırmaları isə 4,133 milyon manat (64,7% çox) təşkil edib. Son nəticədə Bank rübü 111 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 46,8 dəfə azdır.

Xatırladaq ki, "AFB Bank" 2008-ci ildə "Azfinansbank" adı ilə fəaliyyətə başlayıb, 2009-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 70,394 mln. manatdır. Bankın səhmlərinin 99,64%-i Hikmət Abuzər oğlu İsmayılova ("Azsığorta" ASC-nin 100%-lik səhmdarı, "Bank of Baku" ASC-nin 31,11%-lik səhmdarı), 0,18%-i Tahir Cəmil oğlu Muradova ("Gilan Holdinq"in İH-nin sədri), 0,18%-i isə Əkbər Həsən oğlu Abdullayevə məxsusdur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi