"AFB Bank"ın illik mənfəəti 31% azalıb

"AFB Bank"ın illik mənfəəti 31% azalıb Bank ötən il valyuta əməliyyatlarından 9,1 mln. manat qazanıb
Maliyyə
18 Fevral , 2016 17:17
AFB Bankın illik mənfəəti 31% azalıb

Bakı. 18 fevral. REPORT.AZ/ "AFB Bank" ASC 2015-ci ilin IV rübündə 1 375,2 min manat zərər etsə də, ümumilikdə ötən ilin yekununda 2 079,4 min manat xalis mənfəət əldə edib.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, hesabat ilində mənfəətdən 755,9 min manat vergi ödənilib ki, bu da öz növbəsində vergi ödənilənədək mənfəətin 2 835,2 min manat olması deməkdir. Əvvəlki illə müqayisədə mənfəətin həcmində 30,53% azalma qeydə alınıb.

Bankın gəlirləri ötən il ərzində 17,2% azalaraq 27 836,02 min manat təşkil edib. Gəlirlərin 16 063,8 min manatı faiz, 11 772,2 min manatı qeyri-faiz gəlirlərinin payına düşüb.

Xərclər isə 2,2 dəfə azalaraq 13 729,63 min manata enib. Xərclərin 3 132,4 min manatı faiz, 10 597,2 min manatı qeyri-faiz xərclərinin payına düşüb.

Qeyd edək ki, "AFB Bank" 2015-ci ilin sonuncu rübündə məzənnə dəyişməsi də daxil olmaqla, valyuta əməliyyatlarından 6 153,3 min manat gəlir əldə edib və bu, əvvəlki rüblə müqayisədə 9,8 dəfə çoxdur. İlin yekununa əsasən, Bank məzənnə dəyişikliyi də daxil olmaqla, valyuta əməliyyatlarından 9 047,2 min manat gəlir əldə edib.

Son xəbərlər

Orphus sistemi