"AFB Bank"ın aktivləri illik 31% artıb

"AFB Bank"ın aktivləri illik 31% artıb Bakı. 17 iyul. REPORT.AZ/ “AFB Bank” ASC-nin aktivləri illik müqayisədə 30,74% artaraq 2017-ci il iyulun 1-nə 397,981 mln. manata çatıb. Kredit por...
Maliyyə
17 İyul , 2017 15:56
AFB Bankın aktivləri illik 31% artıb

Bakı. 17 iyul. REPORT.AZ/ “AFB Bank” ASC-nin aktivləri illik müqayisədə 30,74% artaraq 2017-ci il iyulun 1-nə 397,981 mln. manata çatıb. Kredit portfeli bu müddətdə 3,24% artaraq 203,815 mln. manat təşkil edib.

“Report” bu barədə Bankın maliyyə hesabatına istinadən xəbər verir.

Bankın cəmi öhdəlikləri illik 42,91% artaraq iyulun 1-nə 318,582 mln. manata yüksəlib. Depozit portfeli 60,36% artaraq 174,649 mln. manat olub. Qeyd edək ki, Bankın Azərbaycan Mərkəzi Bankı (AMB) qarşısında öhdəliyi yoxdur.

Cari il iyulun 1-nə “AFB Bank”ın nizamnamə kapitalı 70,394 mln. manat, cəmi kapitalı 79 ,399 mln. manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi