Bakı.31 iyul. REPORT.AZ/ "AFB Bank" ASC-nin aktivləri rüblük müqayisədə 1,64% azalaraq cari ilin II rübün sonuna 288,4 mln. manat təşkil edib. Aktivlərin 10,7%-i və ya 30,9 mln. manatı nağd vəsaitlərdir.
"Report"un Banka istinadən verdiyi xəbərə görə, bu müddətdə kredit portfelində də azalma müşahidə olunub. Bank tərəfindən müştərilərə verilmiş kredit və lizinqlərin məbləği 207,4 mln. manatdan 184,6 mln. manata azalıb. Kredit portfelinin 5,65%-nin və ya 10,4 mln. manatının ödəniş vaxtı keçib.
Hesabata əsasən, "AFB Bank"ın depozit portfeli ötən rüb 20,1% artaraq 89,7 mln. manata yüksəlib.
Qeyd edək ki, cari il iyulun 1-nə Bankın nizamnamə kapitalı 70,4 mln. manat təşkil edib.