"AFB Bank"ın aktivləri 20% artıb

"AFB Bank"ın aktivləri 20% artıb Bakı. 12 oktyabr. REPORT.AZ/ “AFB Bank” ASC-nin aktivləri illik müqayisədə 20% artaraq 2018-ci il oktyabrın 1-nə 420 042 min manata çatıb.
Maliyyə
12 Oktyabr , 2018 16:25
AFB Bankın aktivləri 20% artıb

Bakı. 12 oktyabr. REPORT.AZ/ “AFB Bank” ASC-nin aktivləri illik müqayisədə 20% artaraq 2018-ci il oktyabrın 1-nə 420 042 min manata çatıb.

“Report” bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

Hesabat ilində müştərilərə verilən kreditlərin həcmi (kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyat çıxılmaqla) illik 14% azalaraq bu il oktyabrın 1-nə 146 645 min manat olub.

Cəmi öhdəliklər illik 23% artaraq 346 240 min manat, o cümlədən depozit portfeli (banklar və digər maliyyə institutları istisna olmaqla) 54% artaraq 220 589 min manat təşkil edib. Bildirək ki, 2018-ci il oktyabrın 1-nə əsasən, Azərbaycan Mərkəzi Bankının (AMB) banka qarşı tələbi yoxdur. 2018-ci il sentyabrın sonuna bankın nizamnamə kapitalı 70 394 min manat, cəmi kapitalı 73 802 min manat təşkil edib. 

Bank 2018-ci ilin yanvar-sentyabr aylarında 7 461 min manat xalis mənfəət əldə edib. 2018-ci ilin yanvar-sentyabr aylarında bankın faiz gəlirləri 26 934 min manat, qeyri-faiz gəlirləri 7 933 min manat, faiz xərcləri 2 181 min manat, qeyri-faiz xərcləri 14 186 min manat təşkil edib.

Qeyd edək ki, ötən ilin müvafiq dövründə bank 11 312 min manat zərər edib. 

Son xəbərlər

Orphus sistemi