"AFB Bank"ın aktivləri azalmaqda davam edir

"AFB Bank"ın aktivləri azalmaqda davam edir Bankın milli valyutada nağd vəsaitləri son rübdə 35% azalıb
Maliyyə
2 Noyabr , 2015 15:30
AFB Bankın aktivləri azalmaqda davam edir

Bakı. 2 noyabr. REPORT.AZ/ "AFB Bank" ASC-nin aktivləri III rüb ərzində 4,69%, bu ilin əvvəlindən isə 6,86% azalaraq cari il oktyabrın 1-nə 274,9 mln. manat təşkil edib. "Report"un banka istinadən verdiyi xəbərə görə, kredit portfeli rüblük 4,36%, ilin əvvəlindən isə 13,8% azalaraq 176,5 mln. manat olub.

Hesabata əsasən, bankda nağd vəsaitlərin həcmi rüblük 9,95% artaraq oktyabrın 1-nə 33,9 mln. manat təşkil edib ki, bunun da 48,4%-i milli valyutada olub. Bildirək ki, milli valyuta ilə nağd vəsaitlərin həcmində kəskin azalma müşahidə olunub. Əvvəlki rüblə müqayisədə milli valyuta ilə nağd vəsaitlərin həcmi 34,7% azalıb. Belə ki, 1 aprel tarixinə 30,8 mln. manat təşkil etdiyi halda, iyulun 1-nə 25,2 mln. manat, oktyabrın 1-nə isə 16,4 mln. manat təşkil edib.

Bankın depozit portfeli rüblük 5,3% azalsa da, ilin əvvəli ilə müqayisədə 9,02% artıb və oktyabrın 1-nə 85,0 mln. manat olub.

Qeyd edək ki, cari il oktyabrın 1-nə "AFB Bank"ın nizamnamə kapitalı 70,4 mln. manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi