"AFB Bank" dollarla istehlak kreditləşməsini bərpa edib

"AFB Bank" dollarla istehlak kreditləşməsini bərpa edib Dollarla kreditlər 3 ilə qədər müddətə ayrılır
Maliyyə
5 Sentyabr , 2016 13:17
AFB Bank dollarla istehlak kreditləşməsini bərpa edib

Bakı. 5 sentyabr. REPORT.AZ/ "AFB Bank" ASC müştərilərə ABŞ dolları ilə istehlak kreditlərinin verilməsini bərpa edib. Bu barədə "Report"a Bankdan bildirilib.

Məlumata görə, fiziki şəxslərə dollarla borc illik 15-17%-lə ayrılır. Krediti maksimal məbləği 10 min dollar, maksimal müddəti 3 il, komissiya haqqı isə 1%-dir. Dollar kreditləri gəliri bu növ xarici valyutada olanlar üçün nəzərdə tutulub.

Bununla yanaşı, "AFB Bank" manatla istehlak kreditləşməsini də bərpa edib. Milli valyutada kreditlər ilik 24%-lə verilir. Kreditin maksimal məbləği 10 min manat, maksimal müddəti 1 il, komissiya haqqı 1%-dir.

"AFB Bank"da kreditinin məbləği 5 min manat/dollara qədər olduqda 1 zamin, 5-10 min manat/dollar arasında olduqda isə 2 zamin (və yaxud 1 hüquqi şəxsin zaminliyi) tələb olunur.

Xatırladaq ki, "AFB Bank" 2008-ci ildə "Azfinansbank" adı ilə fəaliyyətə başlayıb, 2009-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 70 393 455 manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 1 265 manat olan 55 647 səhm əsasında formalaşıb. Səhmlərin 99,64%-i "Gilan" MMC-yə, 0,18%-i Tahir Cəmil oğlu Muradova (Bankın daxil olduğu "Gilan Holding" MMC-nin İdarə Heyətinin sədri), 0,18%-i isə Həsən Əkbər oğlu Abdullayevə məxsusdur.

Son xəbərlər

Orphus sistemi