"AFB Bank"da yeni təyinat olub

"AFB Bank"da yeni təyinat olub Bankın Kredit Departamentinə yeni direktor təyin edilib
Maliyyə
21 Noyabr , 2016 12:35
AFB Bankda yeni təyinat olub

Bakı. 21 noyabr. REPORT.AZ/ "AFB Bank" ASC-nin Kredit Departamentinə yeni direktor təyin edilib. "Report" xəbər verir ki, söhbət Mübariz Bayramovdan gedir.

O, yeni vəzifəsində Yaşar İsmayılovu əvəz edib.

Xatırladaq ki, "AFB Bank" 2008-ci ildə "Azfinansbank" adı ilə fəaliyyətə başlayıb, 2009-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 70,394 mln. manatdır. Bankın səhmlərinin 99,64%-i "Gilan" MMC-yə, 0,18%-i Tahir Cəmil oğlu Muradova (Bankın daxil olduğu "Gilan Holding" MMC-nin İdarə Heyətinin sədri), 0,18%-i isə Həsən Əkbər oğlu Abdullayevə məxsusdur. 

Son xəbərlər

Orphus sistemi