ADIF “Royalbank”a məxsus avtomobili satıb

ADIF “Royalbank”a məxsus avtomobili satıb “Lexus GS-350” markalı nəqliyyat vasitəsi 14 525 manata realizə edilib
Maliyyə
31 İyul , 2017 11:23
ADIF “Royalbank”a məxsus avtomobili satıb

Bakı. 31 iyul. REPORT.AZ/ Ləğvetmə prosesində olan “Royalbank” ASC-nin balansındakı “Lexus GS-350” markalı nəqliyyat vasitəsi (qeydiyyat nömrə nişanı 90-AR-006, ban nömrəsi JTHCE96S370012146, buraxılış ili 2008, rəngi qara) satılıb.

Bu barədə “Report” bankın ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna istinadən xəbər verir.

Məlumatda deyilir ki, avtomobil iyulun 25-də Bakı şəhəri, Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsi 156 (20A), 1933-cü məhəllə ünvanında yerləşən hərrac mərkəzində açıq hərraca çıxarılıb. Maşının ilkin satış qiyməti 14 525 manat olub və əmlak bu qiymətə qalib şəxsə satılıb.

Son xəbərlər

Orphus sistemi