ADIF-in icraçı direktorunun müavini yenidən “Bank Standard”ın kreditorları ilə görüşəcək

ADIF-in icraçı direktorunun müavini yenidən “Bank Standard”ın kreditorları ilə görüşəcək Bakı. 6 fevral. REPORT.AZ/ Fevralın 28-də, saat 15:00-da ləğv prosesində olan “Bank Standard” QSC-nin Kreditorlar Komitəsinin növbəti iclası keçiriləcək.
Maliyyə
6 Fevral , 2018 15:44
ADIF-in icraçı direktorunun müavini yenidən “Bank Standard”ın kreditorları ilə görüşəcək

Bakı. 6 fevral. REPORT.AZ/ Fevralın 28-də, saat 15:00-da ləğv prosesində olan “Bank Standard” QSC-nin Kreditorlar Komitəsinin növbəti iclası keçiriləcək.

“Report” xəbər verir ki, bu barədə Komitənin sədri, hüquqşünas Əkrəm Həsənov məlumat verib.

Onun sözlərinə görə, iclas Bankın ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 16 ünvanındakı inzibati binasında olacaq. İclasda Fondun icraçı direktorunun müavini Vüqar Abdullayev də iştirak edəcək. “Bank Standard”ın ləğv edilməsi ilə bağlı baş verən qanun pozuntuları, habelə Bankın müflis olmasında təqsirli şəxslərə qarşı məhkəmədə iddia qaldırılması və digər mühüm məsələlər müzakirə ediləcək.

Bu, V.Abdullayevin “Bank Standard”ın kreditorları ilə sayca 2-ci görüşü olacaq. ADIF-in icraçı direktorunun müavini bundan əvvəl ötən il noyabrın 21-də kreditorlarla görüşmüşdür. 

Son xəbərlər

Orphus sistemi