ADIF əmanətlərin sığortalanma faizini sabit saxlayıb

ADIF əmanətlərin sığortalanma faizini sabit saxlayıb Bu gün Fondun Himayəçilik Şurasının iclası keçirilib
Maliyyə
4 May , 2017 13:33
ADIF əmanətlərin sığortalanma faizini sabit saxlayıb

Bakı. 4 may. REPORT.AZ/ Bu gün Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) Himayəçilik Şurasının (HŞ) iclası keçirilib.

Bu barədə “Report”a Fondun icraçı direktoru Azad Cavadov məlumat verib.

Onun sözlərinə görə, iclasda əmanətlərin sığortalanması faizinin indiki səviyyədə saxlanılmasına qərar verilib: “Hazırda banklarda manat əmanətlərinin 97%-nin illik gəlirliliyi 15%-dən, dollar əmanətlərinin isə 67%-nin illik gəlirliliyi 3%-dən aşağıdır. Əmanət faizlərində ciddi artım yoxdur, odur ki, sığortalanma faizinin indiki səviyyədə (manatla 15%, dollarla 3%) saxlanılmasına qərar verilib”.

Bundan başqa, HŞ-nın iclasında bağlanmış banklara məxsus əmlakın satılması, hərraca çıxarılması və icarəyə verilməsi ilə bağlı qaydalar da təsdiqlənib. 

Son xəbərlər

Orphus sistemi