ADIF-də SECO rəsmiləri ilə görüş keçirilib

ADIF-də SECO rəsmiləri ilə görüş keçirilib Qonaqlar fondun fəaliyyəti, kompensasiya ödənilməsi prosesi, əmanətlərin sığortalanmasına dair qanunvericilikdəki dəyişikliklərlə yaxından tanış olub
Maliyyə
8 Sentyabr , 2017 10:25
ADIF-də SECO rəsmiləri ilə görüş keçirilib

Bakı. 8 sentyabr. REPORT.AZ/ Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) ofisində qurumun icraçı direktoru vəzifəsini müvəqqəti icra edən Vüqar Abdullayev və İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) nümayəndəsi, Makroiqtisadi dəstək proqramının rəhbəri Reto Veyerman, Cənubi Qafqaz üzrə İsveçrə Əməkdaşlıq Ofisinin direktor müavini Simona Haberli, SECO-nun Azərbaycan üzrə milli proqram rəhbəri Sənan Şabanov arasında görüş keçirilib.

“Report” ADIF-ə istinadən xəbər verir ki, görüşdə qonaqlar fondun fəaliyyəti, kompensasiyaların ödənilməsi prosesi, əmanətlərin sığortalanması sahəsində qanunvericilikdə baş verən ən son dəyişikliklərlə yaxından tanış olublar.

Eyni zamanda nümayəndə heyəti ilə ADIF-in əsas hədəfləri, gələcək inkişaf istiqamətləri, əmanətlərin sığortalanması haqqında qanunvericilikdə nəzərdə tutulmuş dəyişikliklər, tərəflər arasında mövcud və gələcək əməkdaşlıq əlaqələri barədə müzakirələr aparılıb, qarşı tərəfi maraqlandıran suallar cavablandırılıb.

Son xəbərlər

Orphus sistemi