ADIF: "Bank Standard"ın satılacaq bütün əmlakı barədə məlumatlar internetdə yerləşdiriləcək

ADIF: "Bank Standard"ın satılacaq bütün əmlakı barədə məlumatlar internetdə yerləşdiriləcək Azad Cavadov: "Bu gün pulunu gözləyən kreditorlar vaxtilə vəsaitlərini "Bank Standard"da sığortasız, yüksək faizlə yerləşdiriblər"
Maliyyə
24 May , 2017 16:34
ADIF: Bank Standardın satılacaq bütün əmlakı barədə məlumatlar internetdə yerləşdiriləcək
Report.az

Bakı. 24 may. REPORT.AZ/ Ləğvetmə prosesində olan “Bank Standard” QSC-nin satışa çıxarılacaq bütün əmlakları barədə məlumatlar Bankın ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADİF) internet səhifəsində yerləşdiriləcək.

“Report” xəbər verir ki, bu açıqlama ilə ADİF-in icraçı direktoru Azad Cavadov “Bank Standard”ın Kreditorlar Komitəsinin bugünkü iclasında çıxış edib.

O, bu barədə bankın əmlakı barədə məlumatların ətraflı təqdim edilməməsi barədə ittihamlara cavab verərkən danışıb və əmlakların satışının şəffaf şəkildə həyata keçiriləcəyini deyib.

A.Cavadov onu da qeyd edib ki, bu gün pulunu gözləyən kreditorlar vaxtilə vəsaitlərini "Bank Standard"da sığortasız, yüksək faizlə yerləşdiriblər: "Həmin vəsaitlər isə əksər hallarda təminatsız müxtəlif fiziki və hüquqi şəxslərə verilib. İndi həm də bu işlərə rəhbərlik edən şəxslərin məsuliyyətə cəlb edilməsinə çalışırıq və gec-tez, bu, olacaq".

Son xəbərlər

Orphus sistemi