Yuxarı
    Bağlamaq

    ADIF bank əmanətçilərinə müraciət edib

    Əmanətçinin varis banka keçmiş hər bir əmanətinə müqavilə müddəti qurtaranadək ayrıca əmanət kimi baxılır və ayrı-ayrılıqda kompensasiya ödənilir

    Bakı. 24 aprel. REPORT.AZ/ Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) bank əmanətçilərinə müraciət edib.

    “Report”un məlumatına görə, müraciətdə bildirilir ki, “Əmanətlərin sığortalanması haqqında” qanuna əsasən iştirakçı banklar birləşmə və yaxud qoşulma şəklində yenidən təşkil olunduqda əmanətçinin varis banka keçmiş hər bir əmanətinə müqavilə müddəti qurtaranadək ayrıca əmanət kimi baxılır və ayrı-ayrılıqda kompensasiya ödənilir.

    “Misal olaraq, qeyd edək ki, əmanətçinin Fonda üzv olan “AAA” və “XXX” bankının hər birində 20 min manat məbləğində qorunan əmanəti var və əmanət müqavilələrinin müddəti iki ildən sonra başa çatır. Əmanət müqavilələrinin qüvvədə olduğu vaxtda “AAA” bankı “XXX” bankına qoşulmaqla ləğv edilir. Qoşulmadan 6 ay sonra isə “XXX” bankında sığorta hadisəsi baş veririr. Bu halda Fond tərəfindən əmanətçiyə 40 min manat məbləğində kompensasiya ödəniləcək”, - deyə məlumatda qeyd edilib.

    Fond bəyan edib ki, qeyd edilən misal, əmanətlərin tam sığortalanmaması halı üçün əhəmiyyətlidir. Belə ki, əmanət qorunan əmanət kateqoriyasına aid edildiyi halda hazırda qüvvədə olan "Əmanətlərin tam sığortalanması haqqında" qanunun tələblərinə uyğun olaraq tam məbləğdə kompensasiya olunduğu üçün Əmanətlərin Sığortalanması Fondunun iştirakçı banklarında sığorta hadisəsi baş verdikdə tam sığortalanmış əmanət üzrə kompensasiya əmanətin 100%-i həcmində “Əmanətlərin sığortalanması haqqında” qanunda nəzərdə tutulan şərt tətbiq edilmədən ödənilir.

    “Məsələn, əmanətçinin Fonda üzv olan “AAA” və “XXX” bankının hər birində 100 min manat məbləğində qorunan əmanəti var. “AAA” bankı “XXX” bankına qoşulmaqla ləğv edilir. “Əmanətlərin tam sığortalanması” haqqında qanunun qüvvədə olma müddəti ərzində “XXX” bankında sığorta hadisəsi baş verir. Bu halda Fond tərəfindən əmanətçiyə hər bir əmanət müqaviləsi üzrə 100 min manat olmaqla ümumilikdə 200 min manat məbləğində kompensasiya ödəniləcək”, - deyə məlumatda bildirilib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi