ADIF bağlanmış bankların əmlakını satmağa hazırlaşır

ADIF bağlanmış bankların əmlakını satmağa hazırlaşır Bu məqsədlə hərracın keçirilmə qaydaları hazırlanaraq Fondun Himayəçilər Şurasına təqdim edilib
Maliyyə
27 Mart , 2017 17:36
ADIF bağlanmış bankların əmlakını satmağa hazırlaşır

Bakı. 27 mart. REPORT.AZ/ Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğvedicisi olduğu kommersiya banklarının əmlakını satmağa hazırlaşır.

Bu barədə “Report”a açıqlamasında Fondun icraçı direktoru Azad Cavadov məlumat verib.

Onun sözlərinə görə, əmlaklar hərrac yolu ilə satılacağından hərracın keçirilmə qaydaları hazırlanıb və hazırda onlar ADIF-in Himayəçilər Şurasında müzakirə edilir: “Bu qaydalarda hərracda iştirak etmək üçün neçə gün əvvəlcədən müraciət edilməsi, nə qədər beh ödənilməsi və s. məqamlar əksini tapıb”.

A.Cavadov qeyd edib ki, artıq bağlanmış bankların əmlakının inventarlaşması başa çatıb və onların qiymətləndirilməsi işləri davam etdirilir: “Banklara məxsus daşınmaz əmlakların qiymətləndirilməsini artıq başa çatdırmışıq, daşınar əmlakların (avtomobillər, bankomatlar, kompüterlər, mebel və s.) isə qiymətləndirilməsi hələ yekunlaşmayıb. Yəqin ki, yaxın 1 ay ərzində bu proses başa çatacaq”.

Onun sözlərinə görə, əmlakların hərrac yolu ilə satışı məhkəmə qərarı əsasında, ləğvetmədə olan banklarda yaradılmış Kreditor Komitələrinin iştirakı ilə həyata keçiriləcək.

Son xəbərlər

Orphus sistemi