ADIF “Atra Bank”a məxsus qeyri-yaşayış binasına alıcı tapa bilməyib

ADIF “Atra Bank”a məxsus qeyri-yaşayış binasına alıcı tapa bilməyib Fondun binanı 1 mln. manata satmaq cəhdi baş tutmayıb
Maliyyə
12 İyul , 2017 17:43
ADIF “Atra Bank”a məxsus qeyri-yaşayış binasına alıcı tapa bilməyib

Bakı. 12 iyul. REPORT.AZ/ Ləğv prosesində olan “Atra Bank” ASC-nin balansında olan Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektindəki, istifadədə olan 0,0168 ha torpaq sahəsində yerləşən 94 c nömrəli qeyri-yaşayış binası 1 010 190 manat ilkin qiymətlə açıq hərraca çıxarılıb.

“Report” bankın ləğdedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna (ADIF) istinadən xəbər verir ki, əmlakın heç bir alıcısı olmadığı üçün hərrac baş tutmamış elan edilib.

Bununla belə, Fond “Ləğv prosesində olan bankların əsas vəsaitlərinin satışı üzrə hərracların keçirilmə qaydaları”na və digər normativ hüquqi aktlara uyğun olaraq hərracın davam etdirilməsinə qərar verib.

Son xəbərlər

Orphus sistemi