ADİF "Texnikabank"ın əmanətçilərinə müraciət edib

ADİF "Texnikabank"ın əmanətçilərinə müraciət edib Kompensasiya almayan əmanətçilər ən geci fevralın 12-də Fonda müraciət etməlidirlər
Maliyyə
31 Yanvar , 2017 12:40
ADİF Texnikabankın əmanətçilərinə müraciət edib

Bakı. 31 yanvar. REPORT.AZ/ Ləğvetmə prosesində olan "Texnikabank" ASC-nin ləğvedicisi - Əmanətlərin Sığortalanması Fondu (ADİF) Bankın qorunan əmanətçilərinə müraciət edib.

"Report" xəbər verir ki, müraciətə əsasən, "Əmanətlərin sığortalanması haqqında” qanuna uyğun olaraq 30 iyul 2007-ci il tarixdə Fonda üzv olmuş “Texnikabank” 3 fevral 2016-cı il tarixində üzv bankların reyestrindən çıxarılıb, ona verilmiş şəhadətnamə ləğv edilib və 4 fevral 2016-cı il tarixdə bankda sığorta hadisəsi baş verib: "Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. Qorunan əmanətçilərə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üçün son gün 12 fevral 2017-ci il hesab olunur. Bununla əlaqədar olaraq kompensasiyaların alınması üçün müraciət etməyən qorunan əmanətçilərdən yaxın 12 gün ərzində kompensasiyaların geri alınması üçün Fonda müraciət etməkləri xahiş olunur".

Qanuna görə, əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlər təqdim edildikdə kompensasiya ödənilməsi müddəti əmanətçinin ərizəsinə əsasən uzadıla bilər. Lakin bundan asılı olmayaraq bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ Fondun kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq beş il müddətində saxlanılır. 

Son xəbərlər

Orphus sistemi