Yuxarı
    Bağlamaq

    ADİF Mərkəzi Bankdan aldığı borcu vaxtından əvvəl geri qaytarıb

    22 mln. manatlıq borc öhdəliyi 1 ay tez yerinə yetirilib

    Bakı. 17 yanvar. REPORT.AZ/ Azərbaycan Əmanətlərin Sığortanması Fondu (ADİF) ötən ilin fevral ayında Azərbaycan Mərkəzi Bankından (AMB) cəlb etdiyi 22 mln. manat borcu vaxtından əvvəl geri qaytarıb. 

    Bu barədə “Report”a açıqlamasında ADİF-in icraçı direktoru Azad Cavadov məlumat verib.

    “Həmin vəsait 1 il müddətinə cəlb edilmiş və ən geci gələn ay qaytarılmalı idi. Biz hər ay təxminən 3,5 mln. manat olmaqla həmin borcun qaytarılmasını bu ay başa çatdırdıq”.

    ADİF ötən il AMB-dən aldığı 100 mln. və 460 mln. manatlıq borcların qaytarmağa isə hələ başlamayıb. A.Cavadovun sözlərinə görə, bu borclar müvafiq olaraq 4 və 10 il müddətinə verilib və rəhbərlik etdiyi qurumun kapitallaşması başa çatdırıldıqdan sonra geri ödəniləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi