Yuxarı

ADB yaxın 4 ildə Azərbaycana 750 mln. dollar ayıracaq - YENİLƏNİB

Gələn ilin mayında Bakıda ADB-nin illik toplantısı keçiriləcək

Bakı. 22 dekabr. REPORT.AZ / "Asiya İnkişaf Bankı üçün 2014-cü il işgüzar il olub və gələn il Bankın Bakıda geniş tədbiri keçiriləcək". "Report" xəbər verir ki, bunu bu gün jurnalistlərlə görüşdə Asiya İnkişaf Bankının (ADB) Bakı ofisinin rəhbəri Olli Noroyono (Olly Norojono) deyib. O.Noroyono 2014-cü ildə ADB-nin Manilada (Filippin) yerləşən mərkəzi ofisinə Azərbaycandan bir qrup jurnalistlər göndərilib.

"ADB 2014-2018-ci illərdə Azərbaycanın nəqliyyat, energetika sahələri və şəhər xidmətlərinə ümumilikdə 752 mln. ABŞ dolları həcmində vəsait ayıracaq. Azərbaycanın ADB-nin səhmlərindəki payı 0,445%-ə bərabərdir, lakin səsvermədə bu, təxminən 0,7%-dir", - deyə O.Noroyono qeyd edib.

Nümayəndəliyin rəhbəri əlavə edib ki, ADB qlobal miqyasda öz proqramlarını dörd mühitdə icra edəcək: "Biz inkluziv iqtisadi inkişafa, əsasən infrastruktur layihələrinə önəm verəcəyik". 

"Xüsusən də inkişaf etməmiş ərazilər əsas diqqət mərkəzində olacaq. Həm də infrastruktur layihələrinin dayanıqlığını təmin etmək fikrindəyik. Əsas işlərimizdən biri də ortagəlirli ölkələrlə əlaqələrin qurulmasıdır. Həmçinin, özəl sektora da diqqəti artıracağıq. Belə ki, artıq 2020-ci ildə ADB-nin illik əməliyyatlarının 50%-i, qeyri-maliyyə əməliyyatlarının 25%-i özəl sektora aid olacaq", - deyə O.Noroyono vurğulayıb.

Daha sonra isə Manilaya səfər edən jurnalistlər çıxış ediblər. Onlar səfərləri zamanı gördükləri işlər və qurumun rəhbərliyi, həmçinin ADB-nin baş ofisində keçirilən görüşlər və ümumi təəssüratları haqqında danışıblar. 

Xatırladaq ki, 2015-ci ilin mayında Bakıda ADB-nin 48-ci illik toplantısı keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi