Yuxarı

AİB suvarma sahəsində yeniliklərin tətbiqində Azərbaycana kömək edəcək - EKSKLÜZİV

ADB suvarmada yeniliklərin tətbiqində Azərbaycana kömək edəcək

"Asiya İnkişaf Bankı (AİB) suvarma sahəsində Azərbaycanla əməkdaşlıq etmək niyyətindədir".

Bu barədə “Report”a AİB-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Nariman Mannapbekov bildirib.

O, müxtəlif sahələrdə tərəfdaşlığın inkişafından razı qaldıqlarını söyləyərək başqa sahələrdə əməkdaşlıq edərkən hazırda əldə olunması çətin, yaxud geniş tətbiq olunmayan yüksək texnologiyaların və səmərəli yeniliklərin tətbiqi kimi hökumətin göstərdiyi başlıca istiqamətləri nəzərə alacaqlarını deyib.

“Məsələn, suvarma sahəsində kanalların müasir geomembran texnologiyası əsasında tikilməsi kimi yeniliklər mövcuddur. Belə ki, geomembran materialı ənənəvi dəmir betona nisbətən daha möhkəm, davamlı, ətraf mühit baxımdan əlverişlidir. Bu texnologiyanı Azərbaycanda tətbiq etməyi düşünürük”, – ADB nümayəndəsi diqqətə çatdırıb.

N. Mannapbekov yüksək texnologiyalar və yeniliklər tətbiq etməklə təhsil, şəhər infrastrukturunun planlama və idarəçiliyi kimi sahələrdə də hökumətlə əməkdaşlığı genişləndirmək niyyətində olduqlarını vurğulayıb.

Qeyd edək ki, 1999-cu il dekabrın 22-dən üzvlüyə qəbul olunmuş Azərbaycan ötən dövrdə 80-dən çox layihəyə kredit, zəmanət, texniki dəstək qrantları qismində ADB tərəfindən 5 milyard dollara yaxın vəsait alıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi