​ADB-nin Azərbaycandakı nümayəndəliyinə yeni rəhbər təyin edilib

​ADB-nin Azərbaycandakı nümayəndəliyinə yeni rəhbər təyin edilib Yeni ölkə menecerinin mayın əvvəlində Azərbaycana gələcəyi bildirilir
Maliyyə
11 Aprel , 2016 16:30
​ADB-nin Azərbaycandakı nümayəndəliyinə yeni rəhbər təyin edilib

Bakı. 11 aprel. REPORT.AZ/ Asiya İnkişaf Bankının (ADB) Azərbaycan üzrə yeni meneceri təyin edilib. “Report”un məlumatına görə, bu, Özbəkistan maliyyə nazirinin xarici əlaqələr üzrə müşaviri, baş nazirin beynəlxalq maliyyə və iqtisadi məsələlər üzrə köməkçisi olmuş Nariman Mannapbekovdur.

Yeni səlahiyyətləri ilə bağlı şərh verən N.Mannapbekov deyib ki, Azərbaycanla ADB arasında güclü əməkdaşlıq əlaqələri mövcuddur və bu əlaqələr əsasən nəqliyyat, enerji, su və şəhərləşmə ilə bağlıdır.

N.Mannapbekov 2012-ci ildən ADB-də katiblik məsələləri üzrə baş mütəxəssis (Principal Secretariat Specialist) kimi çalışır.

Qeyd edək ki, yeni ölkə menecerinin mayın əvvəlində Azərbaycana gələcəyi bildirilir.

Son xəbərlər

Orphus sistemi