ADB dekabrın 1-də Azərbaycan üçün yeni krediti təsdiq edə bilər - EKSKLÜZİV

ADB dekabrın 1-də Azərbaycan üçün yeni krediti təsdiq edə bilər - EKSKLÜZİV Azərbaycan tərəfinə 400 mln. ABŞ dolları məbləğində borc veriləcəyi gözlənilir
Maliyyə
14 Noyabr , 2017 15:00
ADB dekabrın 1-də Azərbaycan üçün yeni krediti təsdiq edə bilər - EKSKLÜZİV

Bakı. 14 noyabr. REPORT.AZ/ Dekabrın 1-də Asiya İnkişaf Bankının (ADB) Direktorlar Şurası "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) kredit ayrılması məsələsini müzakirə edəcək. 

"Report"un əldə etdiyi məlumata görə, Azərbaycan tərəfinə 400 mln. ABŞ dolları məbləğində borc veriləcəyi gözlənilir. 

5 fazada ayrılacaq bu vəsait ölkədaxili dəmiryolu infrastrukturunun yenilənməsi layihəsinin ilkin mərhələsi üçün nəzərdə tutulub. Söhbət Bakı-Yalama dəmir yolu xəttinin yenidən qurulmasından gedir. Kreditin 150 mln. dolları yolun reabilitasiyası, qalan 250 mln. dolları isə dəmiryolu idarəsinin korporativ restrukturizasiyası üçün nəzərdə tutulub. 

Xatırladaq ki, oktyabrın 23-25-də ADY-ni və Maliyyə Nazirliyini təmsil edən şəxslərdən ibarət nümayəndə heyəti bu layihə ilə bağlı danışıqlar aparmaq üçün Manilada (Filippin) səfərdə olub.

Son xəbərlər

Orphus sistemi