Yuxarı
    Bağlamaq

    ​ADB: Çin və Hindistandakı iqtisadi ləngimə Asiyanın inkişaf perspektivlərinə təsir edir

    Təşkilat Azərbaycan kimi ixraca əsaslanan bir sıra ölkələrlə bağlı narahatlıq keçirir

    Bakı. 22 sentyabr. REPORT.AZ/ Çin və Hindistanda zəif iqtisadi artım, habelə inkişaf etmiş ölkələrdə sənayənin bərpası proseslərinin ləng getməsi fonunda 2015-2016-cı illərdə Asiyanın inkişaf etməkdə olan ölkələrində artım proqnozu aşağı düşür. "Report" xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankının (ADB) "Asiyanın 2015-ci ildə inkişaf perspektivləri" adlı yeni hesabatında bildirilir.

    Hesabatın yenilənmiş versiyasında ADB regionda 2015-ci ildə ÜDM-in artımını 5,8%, 2016-cı il üçün isə 6% səviyyəsində proqnozlaşdırır. Bu isə mart ayında hər iki il üçün açıqlanan proqnozdan (6,3%) azdır.

    "Ləng inkişafa baxmayaraq, Asiyanın inkişaf etməkdə olan ölkələrin qlobal artıma böyük töhfə verəcəyi gözlənilir. Lakin burada valyuta məzənnəsinə mənfi təsir və kapital axını kimi problemlərlə bağlı narahatlıq doğuran bir sıra amillər mövcuddur. Beynəlxalq arenada faiz dərəcələrinin tərəddüdlərinə və digər maliyyə sarsıntılarına qarşı dayanıqlı olmaq üçün makroprudensial tədbirlərin reallaşdırılması vacibdir. Bu, bəzi ölkələr üçün resursların xarici valyutada saxlanması ilə bağlı asılılığın azalması və kapital axınının bir qədər tənzimlənməsinə səbəb ola bilər", - deyə ADB-nin baş iqtisadçısı Şan Tszin Vey bildirib.

    "Bu il sənaye sahəsində artımın 1,9%-ə qədər azalması proqnozlaşdırılır. Bu isə mart ayında verilən proqnozdan (2,2%) aşağı göstəricidir. Belə ki, istehlak və investisiyalar zəif qalarsa da, bəzi müsbət tendensiyalar da mövcuddur. Avrozonada inkişaf perspektivin yaxşılaşması və ABŞ-da artımın davam etməsi, bu amillərdəndir", - deyə hesabatda qeyd edilir.

    ABŞ dollarının möhkəmlənməsi, öhdəlikləri əsasən xarici valyutada olan Asiya şirkətlərinə (Vyetnam, Şri-Lanka və İndoneziya şirkətləri üzrə bu, 65%-dən artıqdır) ciddi təhlükə yaradır. Bundan başqa, Çinin enerji daşıyıcıları, metal və digər xammala olan tələbatı, həmçinin qlobal bazarlardakı ucuz qiymətlər Asiyanın Monqolustan, İndoneziya, Azərbaycan və Qazaxıstan kimi xammal ixracatçısı olan dövlətlər üçün narahatlıq yaradır.

    Hesabatda deyilir ki, ABŞ-ın perspektivdə uçot dərəcəsini artırması ilə yaranacaq təsirə tab gətirmək üçün Asiya ölkələrinin pul-kredit siyasətinə cavabdeh olan dövlət qurumları maliyyə sektorunun sabitləşməsi ilə daxili tələbatın stimullaşdırılması arasında balans tapmalıdır. Likvid, yaxşı inkişaf etmiş daxili maliyyə bazarlarının qurulması istiqamətində davam edən tədbirlər korporativ sektorun valyuta kreditlərindən asılılığının azalmasına kömək edə bilər. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi