ADB Cənub Qaz Dəhlizinə 1 mlrd. dollar ayırıb

ADB Cənub Qaz Dəhlizinə 1 mlrd. dollar ayırıb Bu vəsaitin yarısı "Cənub Qaz Dəhlizi" QSC-yə veriləcək
Maliyyə
7 Dekabr , 2016 09:56
ADB Cənub Qaz Dəhlizinə 1 mlrd. dollar ayırıb

Bakı. 7 dekabr. REPORT.AZ/ Asiya İnkişaf Bankı (ADB) “Şahdəniz-2” layihəsinə 1 mlrd. ABŞ dolları məbləğində kreditin ayrılmasını təsdiq edib. "Report" xəbər verir ki, həmin vəsaitin 500 mln. dolları "Cənub Qaz Dəhlizi" (SGC) QSC-yə ayrılıb.

Bildirilir ki, kreditin toplam həcmindən 526 mln. dolların maliyyələşməsi xarici banklar konsorsiumu tərəfindən həyata keçiriləcək və bunun üçün Azərbaycandan dövlət zəmanətinin verilməsi tələb olunur. Qalan vəsaiti birbaşa olaraq ADB ayıracaq.

Qeyd edək ki, SGC-də 51% SOCAR-a, 49%-i isə Azərbaycan hökumətinə aiddir.

Son xəbərlər

Orphus sistemi