AccessBankda vaxtı keçmiş kreditlərin həcmi artıb

AccessBankda vaxtı keçmiş kreditlərin həcmi artıb 3-cü rüb ərzində vaxtı keşmiş kreditlərdə artım 56% olub
Maliyyə
20 Oktyabr , 2015 12:16
AccessBankda vaxtı keçmiş kreditlərin həcmi artıb

Bakı. 20 oktyabr. REPORT.AZ/ AccessBank QSC-nin 2015-ci il 9 aylıq hesabatı açıqlanıb. 

"Report" xəbər verir ki, hesabata görə, bankın 3-cü rüb ərzində vaxtı keçmiş kreditlərinin məcmu kreditlərdə xüsusi çəkisi 4,36%-ə yüksəlib. 

Qeyd edək ki, bu ilin ilk yarısında vaxtı keçmiş kreditlərin xüsusi çəkisi 2,58% olub. 3-cü rüb ərzində vaxtı keçmiş kreditlərdə artım 12 269 540 manat və ya 56% olub. Bununla da vaxtı keçmiş kreditlərin ümumi həcmi 33 929 550 manata çatıb.

Son xəbərlər

Orphus sistemi