"AccessBank" yeni xidmətini istifadəyə verib

"AccessBank" yeni xidmətini istifadəyə verib Bankın sədr müavini: "Hazırkı mürəkkəb şəraitə rəğmən bank müasir texnologiyaya sərmayə yatırmaqda davam edir"
Maliyyə
12 Oktyabr , 2015 14:39
AccessBank yeni xidmətini  istifadəyə verib

Bakı.12 oktyabr. REPORT.AZ/ "AccessBank" yeni innovativ “myAccess” İnternet Bankinq xidmətini istifadəyə verib. Artıq müştərilər bu xidmətdən faydalana bilərlər."Report"un banka istinadən verdiyi xəbərə görə, yeni “myAccess” xidməti Mərkəzi Avropada İnternet Bankinq sistemlərinin hazırlanması üzrə aparıcı şirkətlə birlikdə işlənib hazırlanıb.   

“Bazarda hökm sürən hazırkı mürəkkəb şəraitə rəğmən Bank çoxsaylı müştərilərin artan tələbatlarını qarşılamaq məqsədi ilə, onlara elektron bankinq üzrə ən qabaqcıl xidmətlər təklif etmək üçün müasir bank texnologiyasına sərmayə yatırmaqda davam edir” -, "AccessBank"ın İdarə Heyətinin sədr müavini, Pərakəndə Bankçılıq və Əməliyyatlar üzrə məsul şəxs Anar Həsənov yeni sistemin istifadəyə verilməsini şərh edərək bildirib.

"AccessBank" 2002-ci ildə Qara Dəniz Ticarət və İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, KfW, LFS Financial Systems GmbH adlı Alman konsaltinq şirkəti və AccessHoldinq tərəfindən yaradılıb. 

Son xəbərlər

Orphus sistemi