"AccessBank" yeni əmanət kampaniyasına başlayıb

"AccessBank" yeni əmanət kampaniyasına başlayıb Bu, bankın 15 illik yubileyi ilə əlaqədardır
Maliyyə
6 İyun , 2017 11:10
AccessBank yeni əmanət kampaniyasına başlayıb

Bakı. 6 iyun. REPORT.AZ/ "AccessBank" ASC 15 illik yubileri ilə əlaqədar “Sabit əmanət” adlı əmanət kampaniyasına başlayıb. 

Bankdan "Report"a verilən məlumata görə, iyunun 30-na qədər davam edəcək kampaniya çərçivəsində müştərilər manatla əmanət hesabı açıb, vəsaiti ABŞ dollarında geri götürə bilərlər. 

Əmanətçilər pulunu müddətinin sonunda və yaxud vaxtından əvvəl götürmələrindən asılı olmayaraq bu imkandan faydalana biləcəklər.

Kampaniya çərçivəsində yerləşdirilən əmanətlərin illik gəlirliliyi 15%-dir və Azərbaycan Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanır. Bu təklif həm fiziki, həm də hüquqi şəxslər üçündür. 

Xatırladaq ki, "AccessBank" 2002-ci ildə Qara Dəniz Ticarət və İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, KfW, LFS Financial Systems GmbH adlı Alman konsaltinq şirkəti və "AccessHoldinq" tərəfindən yaradılıb. 

Son xəbərlər

Orphus sistemi