Yuxarı

"Accessbank" xaricdən yeni kredit cəlb edir

Vəsait Azərbaycanda kiçik və orta sahibkarlığın kreditləşdirilməsinə sərf olunacaq

Bakı. 5 iyul. REPORT. AZ/ Avropa İnvestisiya Bankı (EIB) “Accessbank” QSC-yə 20 mln. avro məbləğində kredit ayırmağı planlaşdırır. 

“Report”un EIB-ə istinadən verdiyi xəbərə görə, kreditin Azərbaycanda kiçik və orta sahibkarlığın (SME) maliyyələşdirilməsinə yönəldilməsi nəzərdə tutulub.

Hazırda layihə qiymətləndirilmə mərhələsindədir və tezliklə EİB-nin Direktorlar Şurası bununla bağlı qərar qəbul edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi