Yuxarı

"AccessBank" və "ASAN Könüllüləri" AİM layihəsini davam etdirir

"AccessBank" və "ASAN Könüllüləri" AİM layihəsini davam etdirir

Bakı. 23 aprel. REPORT.AZ/ "AccessBank" QSC və "ASAN Könüllüləri" təşkilatının tərəfdaşlığı çərçivəsində reallaşdırılan "ASAN İnkişaf Modeli" (AİM) layihəsi davam edir.

Layihə çərçivəsində növbəti tədbirlər Cəlilabad və Masallı rayonlarında baş tutub. Ümumilikdə, hər iki tədbirə 600-dən çox 9-11 sinif şagirdləri qatılıb. Tədbir çərçivəsində şagirdlərə ixtisas seçimi, müasir və innovativ texnoloji yeniliklər, sosial şəbəkələrdən faydalı istifadə, dünya trendlərinə düzgün qoşulma, yaradıcı, məntiqi təfəkkürün inkişaf etdirilməsi, özünüinkişaf, psixologiya mövzularında təlimlər keçirilib. Təlimləri "AccessBank" və "ASAN Könüllüləri" təşkilatının nümayəndələri aparıblar.

Daha sonra təlimlərdə iştirak edən şagirdlərin sualları cavablandırılıb. Təlimlərə maraq olduqca böyük idi.

Yekunda şagirdlərə hədiyyələr və trenddə olan kitablar paylanılıb.

Qeyd edək ki, layihə çərçivəsində ölkənin müxtəlif bölgələrində 9-11-ci sinif şagirdlərini əhatə etməklə bir neçə hissəli təlim-seminarlar şəklində təşkil olunacaq. Onu da əlavə edək ki, növbəti təlimlər İsmayıllı və Qəbələ rayonlarında baş tutacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi