"Accessbank" uduş lotereyasının yeni qaliblərini müəyyənləşdirib

"Accessbank" uduş lotereyasının yeni qaliblərini müəyyənləşdirib Lotereyada Antalyaya iki nəfərlik səyahət, 2 ədəd "Apple iPhone 7" smartfonu və 4 ədəd "Samsung Galaxy" planşeti oynanılıb
Maliyyə
31 Avqust , 2017 11:24
Accessbank uduş lotereyasının yeni qaliblərini müəyyənləşdirib

Bakı. 31 avqust. REPORT.AZ/ “Accessbank” QSC-nin “Bu yay üzünüzə güləcək” adlı lotereyası başa çatıb. İki ay davam edən lotereyanın II tirajının qalibləri kənardan dəvət olunan şəxslərdən ibarət müstəqil komissiyanın müşahidəsi ilə Bankın baş ofisində müəyyən olunub. Bu dəfə Bankın 7 “Mastercard” ödəniş kart sahibi hədiyyələr qazanıb.

“Report” bu barədə banka istinadən xəbər verir.

Qaliblərin müştəri kodları və qazandıqları hədiyyələr haqqında məlumat bankın rəsmi internet səhifəsində yerləşdirilib.

Xatırladaq ki, lotereyada Antalyaya iki nəfərlik səyahət, 2 ədəd "Apple iPhone 7" smartfonu və 4 ədəd "Samsung Galaxy" planşeti oynanılırdı. Lotereyada iştirak etmək və hədiyyələri qazanmaq üçün ölkə ərazisində və ya xaricində yerləşən istənilən ticarət-xidmət müəssisələrində, həmçinin, internet üzərindən  21 iyul-20 avqust tarixləri ərzində nağdsız əməliyyat etmək tələb olunurdu.

“Accessbank”ın rəqəmsal bankçılıq üzrə icraçı direktoru Səbinə Qurbanovanın sözlərinə görə, lotereyanın keçirilməsində əsas məqsəd Azərbaycanda nağdsız ödənişlər sisteminin inkişafına töhfə vermək olub: “Lotereyanın nəticələrinə əsasən, Bankın yeni kart müştəriləri və kartlar üzrə dövriyyə xeyli artıb. Gələcəkdə də müştəriləri yeni kampaniya və lotereyalarla sevindirməyə davam edəcəyik”.

Son xəbərlər

Orphus sistemi