​"Accessbank" pulsuz internet-bankinq xidməti təklif edir

​"Accessbank" pulsuz internet-bankinq xidməti təklif edir "myAccess" internet-bankinq xidmətindən ilk 3 ay ərzində pulsuz istifadə etmək imkanı yaradılıb
Maliyyə
22 Fevral , 2016 11:02
​Accessbank pulsuz internet-bankinq xidməti təklif edir

Bakı. 22 fevral. REPORT.AZ/ "Accessbank" QSC fiziki şəxslər və fərdi sahibkarlar üçün "myAccess" internet-bankinq xidmətindən ilk 3 ay ərzində pulsuz istifadə imkanı yaradıb. "Report"un Banka istinadən verdiyi xəbərə görə, sistem istifadəçilərinin sayı günü-gündən artır: təkcə son iki ayda xidmətə qoşulan müştərilərin sayı iki dəfə artıb.

"myAccess" innovativ internet-bankinq sistemi ötən ilin oktyabrında istifadəyə verilib. "myAccess" təhlükəsizliyi yüksək səviyyədə təmin edir, belə ki "High-Tech Bridge" və "Qualys" şirkətləri, eləcə də “Böyük dördlüyə” daxil olan və dünyanın ən böyük auditor-məsləhətçilik şirkətlərindən biri - PwC tərəfindən aparılan tədqiqatlar əsasında "myAccess" Azərbaycanda ən təhlükəsiz internet-bankinq sistemlərindən biri kimi tanınıb.

İstifadəçilərin rahatlığı üçün Bankın saytında video-təlimatlar yerləşdirilib. Həmin təlimatlar sayəsində müştərilər sistemin imkanları ilə tanış olaraq ətraflı məlumat əldə edə bilərlər.

Qeyd edək ki, "Accessbank" QSC 2002-ci ildə Qara Dəniz Ticarət və İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, KfW, "LFS Financial Systems GmbH." adlı alman konsaltinq şirkəti və "AccessHolding" tərəfindən yaradılıb. Geniş filial şəbəkəsinə malik olan Bankda 1 800 yaxın əməkdaş çalışır.

Son xəbərlər

Orphus sistemi