“Accessbank” “Nikoil Bank”a birləşəcəyi ilə bağlı xəbəri təkzib edib

“Accessbank” “Nikoil Bank”a birləşəcəyi ilə bağlı xəbəri təkzib edib Bakı. 6 noyabr. REPORT.AZ/ “Accessbank” QSC “Nikoil Bank” ASC-yə birləşəcəyi ilə bağlı mətbuatda yayılmış xəbərə münasibət bildirib.
Maliyyə
6 Noyabr , 2017 18:11
“Accessbank” “Nikoil Bank”a birləşəcəyi ilə bağlı xəbəri təkzib edib

Bakı. 6 noyabr. REPORT.AZ/ “Accessbank” QSC “Nikoil Bank” ASC-yə birləşəcəyi ilə bağlı mətbuatda yayılmış xəbərə münasibət bildirib.

Bankın Mətbuat xidmətindən “Report”a verilən açıqlamada deyilir ki, səhmdarların dəyişəcəyi ilə bağlı heç bir məlumat yoxdur.

“Accessbank” aktivlərinin həcminə və eyni zamanda ölkənin bütün regionlarını əhatə edən geniş xidmət şəbəkəsinə görə, Azərbaycanın ən böyük banklarından biridir. Məhz ötən həftə müştərilərə daha səmərəli xidmət göstərmək üçün Sabirabad və ona yaxın rayonların potensialını nəzərə alaraq Bank yeni "Sabirabad" filialını açıb. Son aylar Bank rekord sayda kredit verib və hazırda ölkənin mikrokreditləşmə bazarında 50%-dən çox paya malikdir. Həmçinin Bankın depozit portfeli ötən ilin eyni dövrü ilə müqayisədə 40%-ə qədər artım nümayiş etdirib, bu da bir daha əhalinin Banka olan etibarını təsdiqləyir. Bundan başqa, sentyabrda “Accessbank”ın səhmdarları növbəti dəfə Bankın nizamnamə kapitalını 20 mln. manat məbləğində artırıblar. Odur ki, yayılan xəbərin əsası yoxdur”,- Bankdan qeyd olunub. 

Son xəbərlər

Orphus sistemi