Yuxarı

"Accessbank" "myCard" sahibləri üçün nağdlaşdırma komissiyasını ləğv edib

Bu barədə bankdan məlumat verilib

Bakı. 2 sentyabr. REPORT.AZ/ "Accessbank" QSC "myCard" plastik kartı ilə yay aylarında yaratdığı komissiyasız nağdlaşdırma imkanını daimi edib. 

Bu barədə "Report"a bankdan bildirilib.

Məlumata görə, indi müştərilər istənilən vaxt bankın ATM-lərindən vəsaitlərini 0% komissiya ilə nağdlaşdıra bilərlər. Həmçinin, "myCard"ı əldə etmək indi daha da əlverişli olub, çünki bank kartın qiymətini 30 manatdan 20 manata endirib.

Xatırladaq ki, müştərilər debit və depozit kartlarının imkanlarını özündə birləşdirən "myCard"ı istifadə etməklə, kart hesablarında olan müsbət qalığa illik 5% gəlir əldə edə bilərlər.

Daha ətraflı məlumatı "AccessBank"ın rəsmi internet saytından, və ya 151 Ümumi Zəng Mərkəzindən əldə etmək mümkündür.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi