“Accessbank” müxtəlif peşə sahibləri üçün sərfəli kreditlər təklif edir

“Accessbank” müxtəlif peşə sahibləri üçün sərfəli kreditlər təklif edir Kreditlərin maksimal məbləği 20 min manat, maksimal müddəti isə 2 ildir
Maliyyə
23 Avqust , 2017 13:37
“Accessbank” müxtəlif peşə sahibləri üçün sərfəli kreditlər təklif edir

Bakı. 23 avqust. REPORT.AZ/ “AccessBank” QSC müxtəlif peşə sahiblərinə manatla sərfəli kreditlər təklif edir.

“Report” xəbər verir ki, bu barədə bankın açıqlamasında bildirilir.

Məlumatda deyilir ki, kreditlərin maksimal məbləği 20 min manat, maksimal müddəti isə 2 ildir. Müəllimlər, həkimlər, hərbçilər, polis işçiləri, dövlət qulluqçuları, özəl müəssisə əməkdaşları və digər peşə sahibləri “AccessBank”ın istənilən filialına müraciət edərək daha böyük məbləğdə və daha uzun müddətə peşə kreditləri əldə edə bilərlər.

“Accessbank”ın müştəriləri kreditləri poçt şöbələri, “MilliÖn” ödəniş terminallar, Bankın “CASH-in” ödəniş terminalları və “myAccess” onlayn bankinq vasitəsilə vaxt itirmədən, növbəsiz və rahat ödəyə bilər. Daha ətraflı məlumatı Bankın rəsmi internet səhifəsindən, “Facebook” və “Twitter” sosial şəbələrindəki səhifələrindən və 151 - Ümumi Məlumat Mərkəzindən əldə etmək olar. 

Son xəbərlər

Orphus sistemi