​"Accessbank" kreditləşməni genişləndirib

​"Accessbank" kreditləşməni genişləndirib Kreditləri köhnə və yeni müştərilər ala bilərlər
Maliyyə
2 İyun , 2016 10:52
​Accessbank kreditləşməni genişləndirib

Bakı. 2 iyun. REPORT.AZ/ "Accessbank" QSC müştərilərinə milli valyutada kredit verilməsini bərpa edib. "Report"un Bankdan əldə etdiyi məlumata görə, bu gündən müştərilər "Accessbank"ın filiallarına müraciət edərək manatla həm istehlak, həm də biznes kreditlərini rəsmiləşdirə bilərlər.

Bununla yanaşı, Bank Sahibkarlara Kömək Milli Fondu ilə əməkdaşlıq çərçivəsində ölkənin sosial-iqtisadi inkişafı üzrə prioritet sahələrin, kənd təsərrüfatı və istehsalatın maliyyələşdirilməsi məqsədilə sahibkarlara milli valyutada güzəştli kreditlər təklif etməyə davam edir.

"Accessbank"ın kreditlərini köhnə müştərilərlə yanaşı, yeni müştərilər də şəxsiyyət vəsiqəsi və gəlirlərini təsdiq edən sənəd əsasında ala bilərlər.

Gəliri təsdiq edən sənəd qismində iş yerindən arayış, əmək haqqı kartının son 6 ay üzrə çıxarışı ya da elektron arayış ola bilər.

Ətraflı məlumatı (012) 151 nömrəli telefondan, Bankın internet saytından, rəsmi "Facebook" və "Twitter" səhifələrindən əldə etmək olar.

Son xəbərlər

Orphus sistemi