“Accessbank” kapitalını 34 mln. manat artırır - YENİLƏNİB

“Accessbank” kapitalını 34 mln. manat artırır - YENİLƏNİB Kapitalın artırılması üzrə işlərin standart sənədləşmə prosesi çərçivəsində yekunlaşması gözlənilir
Maliyyə
21 Dekabr , 2016 15:54
“Accessbank” kapitalını 34 mln. manat artırır - YENİLƏNİB

İlk xəbər saat 15:41-də verilib

Bakı. 21 dekabr. REPORT.AZ/ “Accessbank” QSC-nin səhmdarları Bankın nizamnamə kapitalının 34 mln. manat artırılması haqqında qərar qəbul edib. Bu barədə “Report”a bankın mətbuat xidmətindən məlumat verilib.

Açıqlamada deyilir ki, bu addımın atılmasında əsas məqsəd dəyişkən iqtisadi şəraitdə yaranan yeni çağırışlar zəminində Bankın sabit dayanıqlılığının təmin edilməsi üçün əlavə kapital ehtiyatlarının yaradılmasıdır. Kapitalın artırılması üzrə işlərin standart sənədləşmə prosesi çərçivəsində yekunlaşması gözlənilir. Səhmdarların kapitalın artırılması ilə bağlı qərarı, “Accessbank”ın bazarda mikro, orta və kiçik biznesi dəstəkləyən aparıcı maliyyə təşkilatı kimi güclü mövqeyinin qorunub saxlanmasını təmin etmək niyyətini nümayiş etdirir.

Qeyd edək ki, “Accessbank” 2002-ci ildə Qara Dəniz Ticarət və İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, KfW, "LFS Financial Systems GmbH." adlı alman konsaltinq şirkəti və "AccessHolding" tərəfindən yaradılıb. Hazırda onun nizamnamə kapitalı 85 mln. manatdır. 

Azərbaycanın aparıcı banklarından biri olan "Accessbank" tam çeşidli bank xidmətləri təqdim edir və ölkə üzrə geniş filiallar şəbəkəsinə malikdir. Bankın beynəlxalq kredit reytinqi (EDR) dəyişilmədən Azərbaycan bankları arasında ən yüksək olan suveren "BB+" səviyyəsində təsdiqlənib.

Son xəbərlər

Orphus sistemi