Bakı. 29 dekabr. REPORT.AZ/ "Access Bank" QSC bu gündən etibarən faizli təmin edilməmiş, sənədsiz adlı istiqrazlarının Bakı Fond Birjasında (BFB) yerləşdirilməsinə başlayıb.
"Report"un BFB-yə istinadən verdiyi xəbərə görə, hər bir istiqrazın nominal dəyəri 1 000 manat, emissiyanın ümumi həcmi isə 12 mln. manat təşkil edir. İstiqrazlar üzrə gəlirlik illik 9%, istiqrazların tədavül müddəti 1 ildir.
İstiqrazlar kütləvi təklif üsulu ilə yerləşdiriləcək. Anderrayter qismində isə "PAŞA Kapital" MMC çıxış edir.