“AccessBank” iş adamları üçün təklif etdiyi 5 pulsuz xidmətin vaxtını uzadıb

“AccessBank” iş adamları üçün təklif etdiyi 5 pulsuz xidmətin vaxtını uzadıb Bu imkandan yararlanmaq istəyənlər bankın “Biznesə 5D” layihəsinə qoşula bilərlər
Maliyyə
7 İyul , 2017 12:45
“AccessBank” iş adamları üçün təklif etdiyi 5 pulsuz xidmətin vaxtını uzadıb

Bakı. 7 iyul. REPORT.AZ/ “AccessBank” QSC-nin iş adamları üçün təqdim etdiyi “Biznesə 5D” layihəsinin vaxtı iyulun 31-nə qədər uzadılıb. 

Bu barədə “Report”a Bankın mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, layihə hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə pulsuz olaraq 5 fərqli məhsul və xidməti həm paket halında, həm də ayrılıqda əldə etmək imkan verir. Həmin məhsullara cari hesablar, əmək haqqı layihələri, müştərinin VÖEN hesabına bağlı Biznes Kart, Pos-terminal və “onlayn banking” daxildir:

“Layihənin əsas üstünlüklərindən biri də 24/7 rejimində rahatlıqla nağdsız əməliyyatlarını həyata keçirə bilmə imkanıdır. Həmçinin, “Biznesə 5D” layihəsinə qoşulmuş hüquqi şəxs və fərdi sahibkarların əməkdaşlarına da əlavə güzəştli xidmətlər təqdim olunur”, - deyə Bankın açıqlamasında deyilir.

“Biznesə 5D” layihəsi haqqında daha ətraflı məlumatı Bankın rəsmi internet saytından, "Facebook" səhifəsindən və 151 Ümumi Məlumat Mərkəzindən əldə etmək mümkündür. 

Son xəbərlər

Orphus sistemi