"Accessbank"ın təklif etdiyi "myCard"ın imkanları genişlənib

"Accessbank"ın təklif etdiyi "myCard"ın imkanları genişlənib "myСard"ı Bankın filiallarından əldə etmək mümkündür
Maliyyə
27 Oktyabr , 2016 16:15
Accessbankın təklif etdiyi myCardın imkanları genişlənib

Bakı. 27 oktyabr. REPORT.AZ/ "Accessbank" ASC-nin təklif etdiyi "myCard"ı artıq ABŞ dolları və avro valyutalarında da əldə edib, bir çox kart funksiyalarını özündə cəmləşdirən bir məhsuldan yararlanmaq mümkündür.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, hər bir müştəri kart hesablarında olan müsbət qalığa illik 5%-ə qədər gəlir əldə edəcək.

Həmçinin, "myCard"ı istifadə edən bütün müştərilər "Accessbank"ın bankomatlarında və POS-terminallarında 0% komissiya ilə pul nağdlaşdıra bilərlər. Bundan əlavə, "myCard"la edilən ödənişlərə "Access Qazanc" proqramı çərçivəsində cash-back xidməti tətbiq olunur. Bu xidmət sayəsində "Accessbank"ın kartı ilə edilən ödənişlərin bir hissəsi müştəriyə geri qayıdır.

"Accessbank"ın bütün yeni və cari müştəriləri "myСard"ı məhdudiyyətsiz olaraq, Bankın filiallarından əldə edə bilərlər.

Son xəbərlər

Orphus sistemi