“Accessbank”ın rəhbərliyində dəyişiklik olub

“Accessbank”ın rəhbərliyində dəyişiklik olub Almaniyanın "KfW" inkişaf bankını Müşahidə Şurasında təmsil edən şəxs dəyişib
Maliyyə
12 İyun , 2017 09:18

Bakı. 12 iyun. REPORT.AZ/ “Accessbank” QSC-nin Müşahidə Şurasında (MŞ) dəyişiklik olub.

“Report” xəbər verir ki, Almaniyanın "KfW" inkişaf bankı MŞ-dakı nümayəndəsi Eva Vitti doktor Yan Klasenlə əvəz edib.

O, Köln Universitetində təhsilini biznes inzibatçılığı ixtisası üzrə bitirdikdən sonra 1994-cü ildə “KfW”-yə qoşulub, Bankın İdxal-İxrac Maliyyələşdirməsi şöbəsinin siyasi departamentinin Vitse-Prezidenti vəzifəsində çalışıb, daha sonra “KfW” nəzdindəki təbii ehtiyatların maliyyələşdirilməsi sektorunun heyətinə rəhbərlik edib.

Bundan başqa, Müşahidə Şurasına yeni üzv qismində isə Emre Yıldız daxil olub. Hazırda Bankın Müşahidə Şurasının yeni tərkibi sədr Y.Klasen və üzvlər Sayed Aftab Ahmed, Tomas Engelhard, Rayner Müller-Hanke, Emre Yıldızdan ibarətdir.

2005-ci ilin aprel ayından başlayaraq, doktor Klasen “KfW IPEX–Bank”ın korporativ işlər üzrə ofisinin nəzdində korporativ strategiya və inkişaf rəhbəri vəzifəsində yeni öhdəlikləri icra edib, 2009-cu ilin yayında “KfW”-yə qayıdaraq KfW-nin restrukturizasiya şöbəsinə rəhbərlik edib və köməkçi bankın qeyri-işçi aktivlərinə görə məsul şəxs təyin olunub.

Xatırladaq ki, "Accessbank" 2002-ci ildə Azərbaycan Mikromaliyyələşdirmə Bankı kimi fəaliyyətə başlayıb, 2008-ci ildə reberendinq edib. Onun nizamnamə kapitalı 119,85 mln. manatdır. Bankın səhmdarları hər biri 20% paya malik olmaqla Qara Dəniz Ticarət və İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, "KfW", eləcə də 16,53% payla "Access Microfinance Holding AG" və 3,47% payla Almaniyanın "LFS Financial Systems GmbH." şirkətləridir. 

Son xəbərlər

Orphus sistemi