“Accessbank”ın müştəriləri “Lounge Key” xidmətindən istifadə edə biləcək

“Accessbank”ın müştəriləri “Lounge Key” xidmətindən istifadə edə biləcək Bu, bankın müştərilərinin hava limanlarında vaxtlarını səmərəli keçirmək imkanı verir
Maliyyə
21 Sentyabr , 2017 11:41
“Accessbank”ın müştəriləri “Lounge Key” xidmətindən istifadə edə biləcək

Bakı. 21 sentyabr. REPORT.AZ/ “Accessbank” QSC müştərilərinin hava limanlarında vaxtlarını səmərəli keçirməsi üçün “Lounge Key” xidmətini onların ixtiyarına verib.

Bu barədə “Report”a Bankdan bildirilib.

Məlumatda deyilir ki “Lounge Key” Bakıda 3 olmaqla, bütün dünya üzrə hava limanlarında yerləşən 850-dən artıq “Lounge” zallarına əvvəlcədən sifariş və yaxud ödəniş etmədən asan və rahat giriş imkanını yaradan beynəlxalq proqramdır. Proqramın sayəsində müştəri uçuş zamanı istifadə etdiyi aviaşirkətdən və xidmət sinfindən asılı olmayaraq, sadəcə, “AccessBank”ın “Visa Platinum” və yaxud “Visa Infinite” premium kartını təqdim etməklə “Lounge” zonasına daxil olmaq imkanı əldə edir. Burada yaradılan şərait gözləmə vaxtınızı zövqlə keçirməyə imkan verir. Zalda qəlyanaltı etmək, dincəlmək və yaxud işləmək, telefondan, faksdan, internetdən istifadə etmək, yeni qəzetləri oxumaq və s. mümkündür.

“Lounge” zalından bir nəfərin istifadə etməsinin qiyməti 27 ABŞ dollarıdır. Ödəniş “Lounge” zalındakı qəbul masasında, kart vasitəsi ilə həyata keçirilir. Zala müştəri ilə yanaşı onun qonaqları da daxil ola bilər. Onların sayı hər bir konkret hər birin zalın şərtlərindən asılıdır.

Bu və yaxud digər hava limanında "Lounge" lobbi zonasının mövcudluğu haqqında məlumatı, eləcə də xidmətlərin və şərtlərin tam siyahısını (yerləşmə şərtləri, iş saatları və istifadə xüsusiyyətləri) aşağıdakı mənbələrdən əldə etmək mümkündür:

Lounge Key saytından;

Lounge Key (iOS, Android, Windows) mobil əlavəsindən;

Lounge Key Çağrı Mərkəzindən.

“AccessBank”ın bu xidməti barədə daha ətraflı məlumatı Bankın www.accessbank.az ünvanında yerləşən rəsmi internet səhifəsindən, “Facebook” və “Twitter” sosial şəbəkələrindəki səhifələrindən və yaxud 151 - Ümumi Məlumat Mərkəzindən əldə etmək mümkündür. 

Son xəbərlər

Orphus sistemi