Bakı. 2 fevral. REPORT.AZ/ “Accessbank” QSC-nin 151 - Ümumi Məlumat Mərkəzi 7/24 iş rejiminə keçib.
“Report” bu barədə banka istinadən xəbər verir.
Müştərilər 151 nömrəsinə zəng etməklə, sosial şəbəkələr (
"Accessbank"ın rəqəmsal bankçılıq üzrə icraçı direktoru Səbinə Qurbanova bildirib ki, Ümumi Məlumat Mərkəzinin fasiləsiz iş rejiminə keçməsinin əsas məqsədi müştəri məmnuniyyətinin artırılmasıdır.
"Bilirsiniz ki, Məlumat Mərkəzi bankın simasıdır. Müştərilərimizin tələbləri durmadan dəyişir və bu tələblər tərəfimizdən yeni addımların atılmasını zəruri edir. Buna görə, müştərilərimizin tələbatına əsasən Məlumat Mərkəzi fasiləsiz iş rejiminə keçib. Başqa sözlə, biz müştərilərimizə daha yaxın olmaq istədik və inanıram ki, buna nail olacağıq. Ümid edirəm ki, bu yenilik xüsusilə bank əməliyyatlarını onlayn rejimdə həyata keçirən müştərilərimizin ürəyincə olacaq. Belə ki, hətta gecə saatlarında bank əməliyyatı həyata keçirən zaman hər hansı bir sualı yaranan müştərilərimiz səhərin açılmasını gözləmədən dərhal Bankla əlaqə saxlaya biləcəklər", - bank rəsmisi qeyd edib.
Xatırladaq ki, "Accessbank"ın nizamnamə kapitalı 140,25 mln. manat təşkil edir. Səhmlərin 100%-i xarici kapitaldan ibarətdir və 6 beynəlxalq maliyyə institutuna məxsusdur. Bankın səhmdarları qismində Qara Dəniz Ticarət və İnkişaf Bankı (20%), Avropa Yenidənqurma və İnkişaf Bankı (20%), Beynəlxalq Maliyyə Korporasiyası (20%), KfW (20%), "Access Microfinance Holding AG" (16,53%) və "LFS Financial Systems GmbH." (3,47%) çıxış edir.