"Accessbank"ın aktivləri 25% artıb

"Accessbank"ın aktivləri 25% artıb Bankın depozit portfeli 11% artaraq 283 mln. manata çatıb
Maliyyə
15 İyul , 2015 16:19
Accessbankın aktivləri 25% artıb

Bakı. 15 iyul. REPORT.AZ/ "Accessbank" QSC-nin aktivləri illik müqayisədə 24,7% artaraq 2015-ci il iyulun 1-nə 1 156,3 mln. manata çatıb. Hesabat dövründə kredit portfelinin həcmi 15,4% artaraq 840,4 mln. manat təşkil edib.

"Report"un banka istinadən verdiyi xəbərə görə, kreditlərin 68,04%-i və ya 571,8 mln. manatı xarici, 31,96%-i və ya 268,6 mln. manatı isə milli valyutada verilib.

İyulun 1-nə kreditlərin 21,7 mln. manatının və ya məcmu kredit portfelində 2,58%-nin ödəniş vaxtı keçib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 8,6 dəfə çoxdur.

Hesabat dövründə depozit portfeli 10,6% artaraq 282,6 mln. manata çatıb. Bunun da 62,4%-i və ya 176,4 mln. manatı xarici valyutada yerləşdirilib. Ötən ilin eyni dövrü ilə müqayisədə xarici valyutada yerləşdirilən əmanətlərin həcmində 2,1 dəfə artım qeydə alınıb. Bildirək ki, əhalinin əmanətləri 3,06% artaraq iyulun 1-nə 190,3 mln. manata yüksəlib.

Cari il iyulun 1-nə "Accessbank"ın nizamnamə kapitalı 85 mln. manat, məcmu kapitalı 158,7 mln. manat təşkil edib. 

Son xəbərlər

Orphus sistemi